Tezliklə yay "transfer pəncərəsi" açılacaq və klublar heyətlərini ən yaxşı futbolçularla gücləndirməyə çalışacaqlar. Çox güman ki, bu ilin iyul-avqust aylarında Avropanın nəhəng komandalarında səs-küylü keçidlər rəsmiləşəcək. Çünki skautlar adlı-sanlı futbolçuların çıxışlarını çoxdan izləyirlər, klublar isə transferin gerçəkləşməsi üçün uyğun vaxt və maliyyə şərtlərini gözləyirlər. 

Offsideplus.az yayda əksər klubların transfer etmək istəyəcəyi 10 superhücumçunun siyahısını təqdim edir:

Aleksandr İsak, "Nyukasl"

25 yaş

Cari mövsüm: 33 oyun, 23 qol, 5 assist

Transfer dəyəri: 100 milyon

 

Viktor Dyokereş, "Sportinq"

26 yaş

Cari mövsüm: 42 oyun, 42 qol, 11 assist

Transfer dəyəri: 75 milyon avro

 

Benyamin Şeşko, "Leyptsiq"

21 yaş

Cari mövsüm: 37 oyun, 17 qol, 6 assist

Transfer dəyəri: 65 milyon avro

 

Conatan Devid, "Lill"

25 yaş

Cari mövsüm: 42 oyun, 23 qol, 10 assist

Transfer dəyəri: 45 milyon avro

 

Olli Uotkins "Aston Villa"

29 yaş

Cari mövsüm: 42 oyun, 14 qol, 12 assist

Transfer dəyəri: 50 milyon avro

 

Liam Delap, "İpsviç Taun"

22 yaş

Cari mövsüm: 31 oyun, 10 qol, 2 assist

Transfer dəyəri: 35 milyon avro

 

Duşan Vlahoviç, "Yuventus"

25 yaş

Cari mövsüm: 35 oyun, 14 qol, 3 assist

Transfer dəyəri: 45 milyon avro

 

Moyze Kin, "Fiorentina"

25 yaş

Cari mövsüm: 35 oyun, 21 qol, 3 assist

Transfer dəyəri: 40 milyon avro

 

Viktor Osimhen, "Qalatasaray" ("Napoli"dən icarəyə götürülüb)

26 yaş

Cari mövsüm: 31 oyun, 26 qol, 5 assist

Transfer dəyəri: 75 milyon avro

 

Mika Bieret, "Monako"

22 yaş

Cari mövsüm: 38 oyun, 26 qol, 8 assist

Transfer dəyəri: 25 milyon avro