1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mərakeş Kralı VI Məhəmməd terrorizm və ekstremizm cinayətlərinə görə məhkum edilmiş 31 nəfər də daxil olmaqla, 1 533 məhbus barəsində Ramazan bayramı münasibətilə əfv qərarı verib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Mərakeş Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Mərakeşdə konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq, milli və ya dini bayram günlərində müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslar üçün amnistiya qərarı verilə bilər.