AZ

Paşinyan yenə siyasi təlxəklik edir

Bakı. Trend:

Son günlər İrəvanda yaşanan olaylar erməni cəmiyyəti üçünQarabağ mövzusunun hələ də absurd dərəcədə "aktual" və"diqqətçəkən" olduğunu açıq şəkildə nümayiş etdirir. 2020-ci ildə44 günlük müharibədə məğlubiyyət və ardından kapitulyasiyayabaxmayaraq, Qarabağ məsələsi yenidən siyasi gündəliyin mərkəzinəgətirilir. Ermənistan paytaxtının mərkəzi küçələrində revanşistsiyasətçilər və fəalların iştirakı ilə keçirilən son aksiyalar,Qarabağla bağlı guya "bitməmiş işlər"in yenidən gündəməgətirilməsinə yönəlib. İlk baxışda sırf daxili sosial etiraztəəssüratı yaradan bu aksiyanın şüarlarının arxasında dərin siyasiməqsədlər və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanınayrılmaz tərkib hissəsi kimi tanınmış ərazilərin statusunu yenidənmüzakirəyə çıxarmaq cəhdləri dayanır.

Bəs bu aksiyalarda səsləndirilən "mədəni irsin qorunması","Qarabağa qayıdış" və "erməni əsirlərin azad edilməsi" şüarlarınınəsl məqsədi nədir? Bu mitinqlərin real hədəfləri nədir və qonşularıilə sülh və münasibətlərin normallaşmasından danışan Ermənistanhakimiyyəti əslində niyə bu cür fəaliyyətləri təşviq edir?

İrəvanda keçirilmiş son mitinq rəsmi olaraq sosial bir problem -Qarabağdan köçmüş ermənilər üçün mənzil subsidiyalarının bərpasıtələbi ilə təşkil edilsə də, tədbirin həqiqi məqsədləri dahadərində yerləşir. Mitinq iştirakçılarının səsləndirdiyi şüarlarsadəcə sosial tələblərlə məhdudlaşmır.

Tələblər guya "Azərbaycanın əsir saxladığı ermənilər"in azadedilməsindən tutmuş, erməni əhalisinin "Qarabağa qayıtmaq"hüququnun bərpasına qədər geniş spektrdə siyasi və emosionalmövzuları əhatə edir. Onlar yeni deyil: həm Qarabağın Ermənistantərəfindən işğal dövründə, həm də ərazilərin Azərbaycan tərəfindənazad edilməsindən sonra daima erməni tərəfinin siyasi gündəliyindəolub.

Xüsusilə, "mədəni irsin qorunması" tələbi Ermənistanın işğalıdövründə Qarabağda törətdiyi dağıntılar kontekstində olduqcariyakar görünür. İşğal illərində Qarabağ ərazisində 67 məsciddən64-ü erməni qüvvələri tərəfindən dağıdılıb, onlarla tarixiAzərbaycan yaşayış məntəqəsi yer üzündən silinib, qəbiristanlıqlarisə məhv edilib və talan olunub. Urbisid və barbarlıq faktlarıtəkcə Azərbaycan tərəfindən deyil, beynəlxalq ekspertlər tərəfindəndə təsdiqlənib. UNESCO-nun məlumatları və beynəlxalq analitikmərkəzlərin hesabatları bu cinayətləri açıq şəkildə qeyd edir.Britaniyanın nüfuzlu "International Crisis Group" təşkilatınınhesabatına görə, 1992-ci ildən 2020-ci ilə qədər Qarabağ ərazisindəyüzlərlə Azərbaycan mədəni abidəsi erməni silahlı birləşmələritərəfindən dağıdılıb və ya zədələnib.

Bununla yanaşı, erməni tərəfi tarixin məqsədli və sistemlişəkildə saxtalaşdırılması ilə məşğul olub. Qarabağ ərazisindəkiqədim alban və rus pravoslav kilsələri erməniləşdirilərək onlarıntarixi mənşəyi təhrif edilib. Beləliklə, İrəvan özünün uydurmatarixi iddialarını gücləndirmək və Qarabağdakı Azərbaycan və digərxalqlara aid irsi silmək məqsədi güdüb.

Mitinqdə səslənən "qayıdış hüququ"na gəldikdə isə, Azərbaycanmüharibənin başa çatmasından dərhal sonra öz mövqeyini açıq şəkildəbildirib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişədən əvvəlQarabağda yaşamış ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməkləvə milli qanunvericiliyə riayət etməklə bölgəyə qayıda bilərlər.Azərbaycan Qarabağda erməni və Azərbaycan əhalisinin sülhşəraitində birgə yaşamasına heç bir maneə yaratmaq fikrindədeyil.

Bunun üçün erməni tərəfi revanşist ritorikadan imtina etməli,"Artsax" terminini istifadə etməyi dayandırmalı və hüquqireallıqları qəbul etməlidir.

Mitinqlərdə Qarabağa deyil, məhz "Artsax"a qayıdış şüarlarısəslənir ki, bu da Azərbaycan üçün prinsipcə qəbul edilə bilməz.Üstəlik, belə yanaşma yeni təxribatlar üçün zəmin hazırlayaraq,uzun illər davam edən işğal və müharibədən sonra bərpa edilməyəbaşlanan regionda vəziyyəti yenidən gərginləşdirmək təhlükəsiniartırır.

İrəvandakı revanşist qüvvələrin daha bir populyar şüarı "erməniəsirlərin azad edilməsi" ilə bağlıdır. Reallıqsa tam fərqlidir.Azərbaycan hələ 2021-ci ildə Ermənistanla "hamının hamıya" prinsipiəsasında bütün əsirlərin dəyişdirilməsini həyata keçirib. Bütünmüharibə əsirləri Ermənistana qaytarılıb ki, bu fakt həmAzərbaycan, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi və digərbeynəlxalq qurumların hesabatları ilə təsdiqlənib.

Bu gün erməni siyasətçilər "əsir" adı altında Azərbaycanda hərbicinayətlər və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanşəxsləri təqdim etməyə çalışırlar. Halbuki bu şəxslər artıqtamamilə başqa bir hüquqi kateqoriyaya aid edilir və siyasisövdələşmə predmetinə çevrilə bilməzlər.

2023-cü ilin dekabrında Bakıda jurnalistlər tərəfindən"Azərbaycanın Nürnberqi" adlandırılan məhkəmə prosesləri başlayıb.Təqsirləndirilən şəxslərə qarşı çox ciddi ittihamlar irəli sürülüb,bu ittihamlar kütləvi qətllər, işgəncələr və əmlakın məhvedilməsini təsdiqləyən çoxsaylı videosübutlar və şahid ifadələriilə dəstəklənir. Ermənistan isə təqdim olunan dəlillərintəkzibolunmaz olduğunu dərk edərək bu şəxsləri "siyasi məhbus" vəya "müharibə əsiri" kimi göstərməyə çalışır.

İrəvandakı son mitinqin daha bir diqqət çəkən cəhəti Ermənistanhüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi idi. Halbuki həminorqanlar bundan əvvəl keçirilən aksiyaları dəfələrlə və sərtşəkildə dağıtmışdılar. Bu fakt xüsusilə baş nazir Nikol Paşinyanınson çıxışları fonunda qəribə görünür, çünki Paşinyan siyasirəqiblərinə qarşı açıq şəkildə "onları divara yapışdırmaq" kimisərt və təhdidedici bəyanatlar səsləndirmişdi.

Ancaq revanşistlərin mitinqində Ermənistan hakimiyyətibirdən-birə gözlənilməz liberalizm nümayiş etdirdi. Ekspertlər bunuPaşinyanın öz maraqları naminə mitinqlərdən istifadə etmək istəyiilə əlaqələndirirlər. Bu yolla baş nazir guya ölkədə daxili siyasiböhranın mövcudluğunu əsas gətirərək Azərbaycanla yekun sülhmüqaviləsinin imzalanmasını təxirə salmaq üçün əlverişli şəraityaradır. Həmin müqavilənin imzalanması isə Paşinyan üçün Qarabağınitirilməsinin rəsmi şəkildə tanınması deməkdir ki, bu daErmənistanda yeni siyasi böhran dalğası yarada bilər.

İrəvandakı aksiyalar zamanı hüquq-mühafizə orqanlarınınpassivliyi Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifaksiyalara qarşı sərt mövqeyi ilə tanınan əvvəlki reputasiyasınagörə xüsusilə diqqəti cəlb edir. Əvvəllər, xüsusən 2020-2022-ciillərdə polis və xüsusi təyinatlılar ("qırmızı beretlilər")müxalifətin bütün nümayişlərini, hətta müharibədə ölən əsgərlərinyaxınlarının "Yerablur" qəbiristanlığında keçirdiyi aksiyaları beləamansızcasına dağıdırdılar.

İndisə vəziyyət tam fərqlidir. Paşinyan sabiq prezidentləri"divara yapışdırmaq"la təhdid etdiyi və onlara açıq debat çağırışıetdiyi bir şəraitdə revanşistlərin aksiyalarına qarşı bu cür loyalmünasibət bir sıra suallar doğurur.

Ermənistan siyasi analitikləri bu qəfil "liberallığı" heç dəhakimiyyətin demokratik olması ilə deyil, Paşinyanın konkret daxilisiyasi hesabları ilə əlaqələndirirlər. Xalqın ona inamınınazalması, iqtisadi problemlər və xarici siyasətdə uğursuzluqlarfonunda baş nazir yeni kütləvi etiraz dalğasını qızışdırmaqdanehtiyat edir.

Daha mühüm səbəb Paşinyanın özü üçün arzuolunmaz olanAzərbaycanla yekun sülh müqaviləsini imzalamaq istəməməsidir. Həminsənəd qonşu ölkənin ərazi bütövlüyünü tanımaq və "Artsax"layihəsinə tamamilə son qoymaq deməkdir. Bu isə Paşinyan üçünsiyasi təcrid və populyarlığın qalıqlarının itirilməsi riskiniyaradır.

Bu səbəbdən İrəvanda keçirilən mitinqlər baş nazir üçünəlverişli vasitəyə çevrilir. O, ölkədəki "qeyri-sabitlik" və"ictimai təzyiq"ə istinad edərək Azərbaycan və beynəlxalqictimaiyyət tərəfindən tələb olunan sülh müqaviləsininimzalanmasını və konstitusiya islahatlarını təxirə sala bilir.

Əslində, belə taktika Paşinyan üçün yeni deyil. Hələ hakimiyyətəgəldiyi 2018-ci ildən o, eyni vaxtda bir neçə siyasi meydandaoynamaq qabiliyyətini dəfələrlə nümayiş etdirib. Daxildə özünüErmənistanı sülhə və tərəqqiyə aparacaq lider kimi təqdim etsə də,praktikada ikili standartlar siyasətini yürüdərək çətin qərarlardanqaçır və məsuliyyəti xarici qüvvələrə və ya daxili rəqiblərinəyükləməyə çalışır.

Bu, xüsusilə 2020-ci ildə Qarabağ müharibəsindəki məğlubiyyətdənsonra daha aydın şəkildə özünü göstərdi. Paşinyan Ermənistanınmüharibəni rəhbərliyin səhvləri və ordunun zəifliyi üzündən deyil,guya "üçüncü qüvvələr"in - "türk muzdlularının", "Pakistan xüsusitəyinatlılarının" və hətta "suriyalı döyüşçülər"in müdaxiləsinəticəsində uduzduğunu iddia edirdi. Real faktlar və hərbiməlumatlar baxımından absurd olsa da, bu cür ritorika hələ dəerməni hökumətyönlü mediası və bəzi siyasətçilər tərəfindən fəalşəkildə yayılmaqdadır.

İndi isə Paşinyan eyni taktikadan sülh müqaviləsininimzalanmasındakı fəaliyyətsizliyini əsaslandırmaq üçün istifadəedir. Revanşistlərin mitinqləri burada "mürəkkəb daxili siyasivəziyyət" kimi bir bəhanə yaradır. Belə yanaşma isə təkcəAzərbaycanla münasibətlərin normallaşmasına əngəl yaratmır, eynizamanda Ermənistanın özü və bütövlükdə Cənubi Qafqaz regionu üçünyeni risklər və təhlükələr yaradır.

Erməni siyasətçilərinin şəxsi ambisiyaları və daxili siyasiintriqalarını kənara qoyaraq, Ermənistanda yayılan revanşistritorikanın yalnız bu ölkəyə deyil, bütün Cənubi Qafqaz regionunaciddi təhlükə yaratdığını açıq şəkildə görə bilərik. Ermənilərin"qayıdış" haqqında iddiaları, guya mövcud olan "əsirlər"in azadedilməsi və uydurma şəkildə pozulduğu iddia edilən mədəni irsinmüdafiəsi barədə çıxışları yeni bir eskalasiya təhlükəsini özündədaşıyır.

Azərbaycan öz mövqeyini dəqiq və birmənalı şəkildə ifadə edib:müharibənin nəticələrini yenidən nəzərdən keçirmək və ya ölkəninərazi bütövlüyünə şübhə doğurmaq cəhdləri ən sərt şəkildə qarşısıalınacaq.

Tərəflərin hərbi və iqtisadi imkanları arasındakı bu cür açıqdisbalans fonunda Ermənistanda səslənən revanşist mitinq vəbəyanatlar, yumşaq desək, əsaslı deyil və sırf təxribat xarakteridaşıyır. Bununla belə, bu cür çıxışların yaratdığı ən cidditəhlükə, ayrı-ayrı radikal qrupların təmas xətti və ya sərhədbölgələrində hərbi təxribatlara sövq olunma riskidir. Belətəxribatlar isə lokal qarşıdurmanın yeni, daha irimiqyaslımüharibəyə çevrilməsi ilə nəticələnə bilər ki, bunun da Ermənistanaödədəcəyi bədəl 2020-ci ildən qat-qat ağır olacaqdır.

İrəvandakı revanşist mitinq heç də təsadüfi və ya önəmsiz aksiyadeyil. Əslində, bu tədbir erməni cəmiyyətinin dərin böhran içindəolduğunu göstərir, çünki cəmiyyət 2020-ci il müharibəsininnəticələrini qəbul edə bilməyib. Həmçinin, mitinq Ermənistanındaxili siyasi mübarizəsinin və Paşinyan başda olmaqla siyasiliderlərin şəxsi ambisiyalarının regional təhlükəsizliyə vəuzunmüddətli sülh perspektivlərinə nə dərəcədə ciddi təsir etdiyiniaçıq şəkildə nümayiş etdirir.

Aydındır ki, Ermənistan tərəfdən revanş cəhdləri əvvəlcədənuğursuzluğa məhkumdur və yalnız yeni itkilərə səbəb olacaqdır.Ermənistanın real çıxış yolu birdir - Azərbaycanın ərazibütövlüyünü birmənalı olaraq tanımaq, yekun sülh müqaviləsiniimzalamaq və həqiqi normallaşma prosesinə başlamaqdır. Yalnız buhalda erməni cəmiyyəti təhlükəli miflərdən və dağıdıcı revanşistambisiyalardan azad olaraq gələcəyini qurmağa başlaya bilər. Əkshalda siyasi spekulyasiyaların bədəli çox yüksək olacaq - və bubədəli təkcə siyasətçilər deyil, məsuliyyətsiz liderlərininsəhvlərinin nəticələrini yenidən ödəmək məcburiyyətində qalacaqsadə Ermənistan vətəndaşları da ödəyəcəklər.

Seçilən
125
4
az.trend.az

4Mənbələr