1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. 498 türk əsgəri şəhid oldu. Adada yaşayan 270 türk isə daha öncə qətl edilmişdi. Nəticədə adanın 37 faizi hazırda türklərin nəzarətindədir. Hazırda Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır. Türkiyə nədən Kiprə ordu yeritdi? Çünki adada çoxluqda olan yunanlar türklərə qarşı soyqırımı törədirdi. Soyqırımı törədən yunanların başında kim dururdu? Kipr Ortodoks Kilsəsinin Arxiyepiskopu və Kipr Respublikasının ilk prezidenti III Makarios. 1960-1974-cü illərdə Kipr adasına o rəhbərlik edib. Adadakı türklərin qətliamında da bu adamın xüsusi xidməti var.
Allah Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti Rauf Denktaşa (1983-2005) rəhmət eləsin. İstanbul ilinin ilçəsi olan Bəylikdüzündə “Kıbrıs Anıt” adlı bir abidə ucaldıldı. Kim ucaltdı? Dönəmin Bəylikdüzü Bələdiyyə Başkanı Əkrəm İmamoğlu. Həmin abidədə Rauf Denktaşla yanaşı, türk qatili III Makarios da yer alır. Abidənin açılışına CHP başqanı Kamal Kılıçdaroğlu da qatılmışdı. 23 may 2017-ci ildə İstanbul Ülkü Ocakları abidənin götürülməsini tələb etdi. Və abidədə yer alan türk qatilinin relyefdəki görüntüsü dağıdıldı. Bir gün öncə isə Murat Bardakçı “Habertürk” qəzetində yazdığı məqalədə Makariosun təsviri olan abidəni tənqid etmişdi: “... Ömrü boyu tək işi Kiprdəki türk varlığını ortadan qaldırmaq olan və bu səbəbdən Seyşel adalarına sürgün edilən, təkcə Türkiyəni deyil, İngiltərəni də hiddətləndirən Makarios indi rahatdır və Bəylikdüzündə yanından keçənlərə deyir: “Ah yaaaa, özümü türklərə qəbul etdirdim yaaaa, aha işdə mən buradayam”.
Həm də CHP-də təkcə Əkrəm İmamoğlu belə deyil. Kamal Kılıçdaroğlu da eyni düşüncədədir. Özgür Özel də. Bunlar yunana, erməniyə, PKK-çı kürdlərə qahmar çıxan zehniyyətdir. Bunlar Türkiyənin inkişafına Çin səddi çəkən adamlardır. Heç uzağa getməyək. 2023-cü ildə keçirilən seçkidə CHP Türkiyənin texnoloji inkişafına qarşı üsyan qaldırmışdı. Nə deyirdilər? "TOGG kadar gereksiz bir yatırım, olamaz", "TOGG hiç bir zaman kar edemeyecek bir arabadır", "Yapamazlar, yapsalar da satamazlar"... "Oturdular büyük gösteriler yaptılar, iş adamları bir araya geldi, bakanlar cümhurbaşkanları bir araya geldi, otomobil üretiyoruz dediler. Nerede? Milleti kandırmak için".
Kamal Kılıçdaroğlu da eyni şeyi deyirdi... Can Ataklının isə fantaziyası son dərəcə genişdir: "Gemlik'teki limana her gün gemilerle TOGG geliyor. Araçları kapalı alanda tıra yükleyip anında fabrikaya gönderiyor". Yəni bu avtomobil xaricdə istehsal olunaraq Türkiyəyə gətirilir, AKP iqtidarı isə bu arabanı yerli və milli elan edib...
İHA, SİHA və KIZILELMA ilə bağlı CHP-də nə deyirdilər? "Uçak, uçak diyorlar, uzmanına sordum maket bunlar”. Çağdaş texnologiya ilə silahlanmış Türkiyə Ordusu PKK-nı bitirir, Kamal Kılıçdaroğlu soruşur ki, "Nerede senin İHA'ların, SİHA'ların"... Adam bilmir ki, “nerede?” dediyi İHA və SİHA-lar dünyanın 50 ölkəsində səmalarda keşik çəkir...
CHP-yə yerli və milli texnologiya lazım deyil. Bunların istəyi o ki, Türkiyə texnologiyanı ABŞ-dan, Avropadan idxal etsin. Türklərin pulunu yabançılara versin. CHP-li Engin Altay CHP zehniyyətin son dərəcə dəqiq ifadə edib: "Bu hükümet dünyanın en doğru işini bile yapsa, bizim bu hükümeti alkışlayacak halimiz yok".
Əkrəm İmamoğluya “Yunanoğlu” deyəndə bəzi dostlarımızın xoşuna gəlmir. Ancaq bu adam məhz əməlləri ilə Yunanoğlu olduğunu təsdiqləmiş birisidir. Yunanıstan mediası (“Thema News”) belə bir başlıq atmışdı: “Ekrem İmamoğlu: İstanbul'u feth eden Yunan”. Başqa bir yunan media orqanı isə Əkrəm İmamoğlunun İstanbulu qazanması ilə "Ayasofya'nın intikamı"nın alındığını yazdı.
“Keeptalkingreece” “Yunanıstanın şimal-qərbindəki Giannitsa şəhərini ziyarət edən, Pontik rəqsi oynayan və yunanca danışan Əkrəm İmamoğlunun videosunu paylaşaraq, "İstanbulun yeni bələdiyyə başqanı Pontusdur", "...Yunanlar Yunanıstanın Pont ləhcəsində danışan türklərin 1920-22-ci il müharibəsindən sonra İslamı qəbul edən Kripto-Xristianlar olduğuna inanırlar" ifadələrinə yer verdi...
Görürsüzmü, Kıbrıs Anıt abidəsində türk qatili III Makariosun yer alması qətiyyən təsadüf deyil. Bu, məkrli bir planın tərkib hissəsidir. Türk kimliyini unudaraq Əkrəm İmamoğlu kimi türk düşmənlərinə dəstək verənlər isə and-aman edirlər ki, onlar guya demokratiyaya dəstək verirlər. Niyə demokratiyaya dəstək adı altında “Yunanoğlu”ya dəstək verilməlidir, məsələn, Mansur Yavaşa yox?
Əkrəm İmamoğlu Türkiyənin prezidenti olsa, İstanbul dönüb olacaq Konstantinopol. Hansı sadəlövh düşünə bilər ki, Yunanısan mediası “Yeni seçilen Konstantinopolis Belediye Başkanı Ekrem İmamoğlu” manşeti ilə türk xalqı ilə zarafat edib?...
Konstantinopol demişkən, onu da xatırladım. 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransında Əkrəm İmamoğlu almaniyalı türkəsilli nazir Cem Özdemirlə görüşüb. Cem Özdemir anti-türk mövqeyində olan birisidir. Almaniya parlamentində qondarma “erməni genosidi”nin layihəsini məhz o, gündəmə gətirib. Onun məşhur bir çıxışı var. Deyir ki, “İstanbulun adını dəyişib Konstantinopol qoymalıyıq. Türkiyədə sadəcə yunan yer adlarını yox, erməni və kürd yer adlarını da bərpa etməliyik”.
Əkrəm İmamoğlu məhz Cem Özdemir kimi türk düşmənləri ilə görüşməsi, əlbəttə, təsadüfi məsələ deyil. Çünki Cem Özdemir Türkiyədə vətən xaini kimi tanınan birisidir...
Bəli, CHP-ni Atatürk yaradıb. Ancaq CHP-də Atatürk düşncəsindən əsər-əlamət qalmayıb. Söhbət manqurtlaşmış, xarici güclərə bağlı, Türkiyənin tərəqqisinə düşmən bir partiyadan gedir. Quyruqları qapı arasında qalanda Atatürkdən yapışırlar, ancaq Atatürkün vuruşduğu İngilis imperiyasından mədət umurlar, ABŞ-dan yardım istəyirlər.
Əkrəm İmamoğlu həbsxanadan “The New York Times” qəzetinə məqalə göndərir. Utanmadan, qızarmadan Amerikadan dəstək istəyir. Ağıla bax e. Tayyib Ərdoğanı tərifləyən Donal Trampdan kömək umur...
Qeyri-demokratik dediyiniz Türkiyədə Əkrəm İmamoğlu hər gün sosial şəbəkələrdə status paylaşır. Qəbuluna gələn onlarla adamla görüşür. Türkiyədə keçirilən mitinqləri media canlı yayımla təqdim edir...
İndi bir anlığa təsəvvür etməyə çalışın ki, AKP və MHP hansısa imperialist ölkədən iqtidara gəlmək üçün dəstək umur. Əlbəttə. belə bir şey ola bilməz. Çünki AKP də, MHP də türk xalqına bağlıdır, CHP isə imperialist ölkələrin əlində oyuncaqdır. Türkiyə dövlətinə və xalqına güvənmir. Bu, son dərəcə təhlükəli siyasi proseslərə yön verə bilər...
Allah bizi özünü türk kimi təqdim edən, mahiyyətdə isə yunanoğlu, ermənioğlu, PKKoğlu... kimi siyasətçilərdən qorusun. Belələrinin əlinə fürsət düşsə, Türkiyəni darmadağın edər. Bunu unutmamalıyıq...
Elbəyi Həsənli,
Sürix