1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə Kipr ikiyə bölündü. 498 türk əsgəri şəhid oldu. Adada yaşayan 270 türk isə daha öncə qətl edilmişdi. Nəticədə adanın 37 faizi hazırda türklərin nəzarətindədir. Hal-hazırda Kipr türkləri Şimali Kipr Türk Respublikasında yaşayır.
Allah Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti Rauf Denktaşa (1983-2005) rəhmət eləsin.
İstanbul ilinin ilçəsi olan Bəylikdüzündə Kıbrıs Anıt adlı bir abidə ucaldıldı. Kim ucaltdı? Dönəmin Bəylikdüzü Bələdiyyə Başkanı Ekrem İmamoğlu. Həmin abidədə Rauf Denktaşla yanaşı türk qatili III Makarios da yer alır. Abidənin açılışına CHP başqanı Kemal Kılıçdaroğlu da qatılmışdı.
Bir gün öncə isə Murat Bardakçı “Habertürk” qəzetində yazdığı məqalədə Makariosun təsviri olan abidəni tənqid etmişdi: “...Ömrü boyu tək işi Kiprdəki türk varlığını ortadan qaldırmaq olan və bu səbəbdən Seyşel adalarına sürgün edilən, təkcə Türkiyəni deyil, İngiltərəni də hiddətləndirən Makarios indi rahatdır və Beylikdüzündə yanından keçənlərə deyir: “Ah yaaaa, özümü türklərə qəbul etdirdim yaaaa, aha işdə mən buradayam”.
Heç uzağa getməyək. 2023-cü ildə keçirilən seçkidə CHP Türkiyənin texnoloji inkişafına qarşı üsyan qaldırmışdı. Nə deyirdilər? "TOGG kadar gereksiz bir yatırım, olamaz", "TOGG hiçbir zaman kar edemeyecek bir arabadır", "Yapamazlar, yapsalar da satamazlar"...
Elbəyi Həsənli. Sürix
Mia.az