ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Vaşinqton və Kiyev arasında faydalı qazıntılar üzrə sazişdən çıxmaq niyyətində ittiham edib.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə o, jurnalistlərlə söhbətində deyib.
"O, nadir torpaq metalları ilə bağlı sazişdən çıxmağa çalışır və əgər bunu edərsə, problemlərlə üzləşəcək, böyük, böyük problemlərlə", - deyə Tramp bildirib.
ABŞ prezidenti, həmçinin əlavə edib ki, Zelenski NATO-nun üzvü olmaq istəsə də, bu heç vaxt olmayacaq və o bunu başa düşür.
Qeyd edək ki, ötən gün "Bloomberg"in verdiyi xəbərə görə, Ukrayna Donald Trampın təklif etdiyi iqtisadi sazişə dəyişikliklər edilməsini və ABŞ investisiyalarının artırılması öhdəliyinin daxil edilməsini istəyəcək.
Mənbə: oxu.az