“Sabah”ın Vasili Berezutskinin rəhbərliyi altında çıxışı Rusiya mətbuatının diqqətindən yayınmır.
Msport.az xəbər verir ki, yerli KİV 42 yaşlı mütəxəssisin baş məşqçi karyerasına uğursuz başlanğıc etdiyini düşünür.
Paytaxt təmsilçisinin son 6 görüşdə qələbə üzünə həsrət qaldığını qeyd edən həmkarlarımız Berezutskinin də komandanı çətin durumdan çıxara bilmədiyini vurğulayıb: “Berezutskinin baş məşqçi kimi ilk macərası bu gedişlə erkən bitəcək. Çünki komanda onun rəhbərliyi altında çempionatda 14 oyunun cəmi 3-də qələbə qazana bilib. Bakılılar son 6 turda isə qalibiyyət görməyiblər. Həlledici mərhələdə bu nəticələr mövsümün fiasko ilə nəticələnməsinə və Berezutskinin yola salınmasına səbəb ola bilər”.
Qeyd edək ki, fevraldan bəri Premyer Liqada qələbə qazana bilməyən “Sabah” son 6 matçın 5-də heç-heçə edib. Vasili Berezutski 15-ci turdan bakılıları çalışdırır. Komanda onun rəhbərliyi altında 3 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.