Bakı. Trend:
Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,“Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin ortaqiymətində artım qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli"yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin ortaqiyməti əvvəlki həftə ilə müqayisədə 2,28 ABŞ dolları və ya 3,1%artaraq, 75,72 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,29dollar/barel, minimum isə 75 dollar/barel olub.
Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 74 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,94 ABŞdolları və ya 2,69% çoxdur. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 74,42 dollar/barel, minimum isə 73,39dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 2,26 ABŞ dolları və ya 3,96% artaraq, 59,31 dollar/bareltəşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,86dollar/barel, minimum isə 58,59 dollar/barel olub.
“Dated Brent” markalı neftin orta qiyməti 2,16 dollar və ya 3%bahalaşaraq 74,28 dollar/barelə bərabər olub. Ötən həftəninyekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 74,88dollar/barel, minimum isə 73,62 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 25.03.2025 | 26.03.2025 | 27.03.2025 | 28.03.2025 | 29.03.2025 | Orta qiymət |
Azeri LT CIF | $75,23 | $75,00 | $76,29 | $76,06 | $76,05 | $75,72 |
Azeri Light FOB Ceyhan | $73,79 | $73,39 | $74,42 | $74,23 | $74,19 | $74,00 |
Urals (EX NOVO) | $58,87 | $58,59 | $59,86 | $59,61 | $59,65 | $59,31 |
Dated Brent | $73,93 | $73,62 | $74,88 | $74,49 | $74,49 | $74,28 |