AZ

Qubada Soyqırımı Memorial Kompleksində “Mələklərin fəryadı” adlı qobelen sərgisi təşkil olunub

Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisi təşkil olunub.

"Report"un Şimal bürosuna açıqlamasında Əməkdar rəssam Adil Şıxəliyev bildirib ki, "Mələklərin fəryadı" adlı qobelen sərgisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 107-ci ildönümünə həsr olunub:

“Bu sənətlə məşğul olmağa gənc yaşlarımdan başlamışam. Soyqırımı mövzusuna isə Ulu öndərin müvafiq sərəncamından sonra başladım”.

O bildirib ki, toxuduğu əsərlərdə Şərqə məxsus texnologiya da sərbəst üsullardan istifadə edib.

“Bu sərgidə nümayiş olunan qobelen əsərlərdə palaz, kilim, xalça və sumax texnologiyalarından sərbəst istifadə olunub”.

Seçilən
26
1
report.az

2Mənbələr