AZ

"Neftçi" - "Sabah" matçının biletləri satışda

"Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.

Biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.

phrase_var_article.chosen
107
fanat.az

1phrase_var_article.sources