Almaniyanın “Leypsiq” klubunda baş məşqçi dəyişikliyi olub.
Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Marko Roze ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun əvəzinə komandaya Jolt Lev rəhbərlik edəcək.
“Leypsiq” Bundesliqada 42 xalla 6-cı sıradadır.