Qara Dəniz Sülh Təşəbbüsü ilə bağlı hələ görüləsi işlər var, ona görə də onunla bağlı məsələlərin tam spektri haqqında danışmaq hələ mümkün deyil.
Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, təşəbbüsdə “çox nüanslar, çoxlu detallar” var. O əlavə edib ki, əvvəllər Qara dəniz sazişi “Ukraynaya aid olan hissədə icra edilib”, lakin Rusiyaya aid olan hissədə icra olunmayıb. Peskov Kremlin razılaşmanın bütün detallarını açıqlaya bilməyəcəyini də deyib, lakin əlavə edib ki, onun bütün aspektlərinə lazımi diqqət yetirilir.