AZ

Myanmada 1 həftəlik milli matəm elan edildi

Myanmada 1 həftəlik milli matəm elan edilib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Min Aunq Hlainq 1700-dən çox insanın ölümü ilə nəticələnən zəlzələ ilə əlaqədar Myanmada bir həftəlik milli matəm elan edib.

 

“İnsan itkiləri ilə əlaqədar Myanmada martın 31-dən aprelin 6-dək milli səviyyədə matəm günləri elan edilib”, -  baş nazir bildirib.

 

Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Bu təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.

 

Firuzə Əliyeva

Seçilən
124
sfera.az

1Mənbələr