Bloger Aynişan Quliyeva Nigar Fərhadın efirdə səsləndirdiyi müzakirəli fikirlərə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, Aynişan bu barədə instaqramda paylaşım edib.
O bildirib ki, atasız böyüməsi onu əskik etməyib:
“Bəzən həyat bizə seçim haqqı verir. Mən atasız böyümüşəm, amma bu, məni heç vaxt əskik etmədi. Əksinə, məni daha möhkəm, daha duyğulu, insanların dəyərlərini daha dərindən anlayan biri elədi. Mən bir ana tərəfindən böyüdülmüşəm - güclü, əxlaqlı və sevgini içində daşıyan bir qadın tərəfindən. Ailə sevgidir, dəstəkdir, bir-birinə dayaq olmaqdır. Və mən məhz bu dəyərlərlə böyümüşəm”.
Qeyd edək ki, N. Fərhad verilişində “Atasız qızı oğluma almaram”, - deyə açıqlama verib.
Bizim.Media