Azad Vətən Partiyasının ( AzVP ) bir qrup üzvü Soyqırım Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib, Türk Şəhidliyi abidəsi önünə, 20 Yanvar və Qarabağ müharibəsi Şəhidlərinin məzarlarına gül dəstələri qoyulub, dualar oxunub.
Bu barədə Moderator.az-a AzVP-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, partiya sədri Akif Nağı, Qarabağ Qazisi Firidun Məmmədov, Şəhid atası, Qarabağ Qazisi Hacı Əkbər Rüstəmov mərasim iştirakçıları qarşısında çıxış edib , Azərbaycan millətinə qarşı ermənilərin törətdikləri soyqırım cinayətlərindən danışıb və qeyd ediblər ki , bu cinayətləri unutmamalı və heç vaxt düşmənə bağışlamamalıyıq.