London və Vaşinqton razılaşır ki, Ukraynada davam edən müharibə fonunda Qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinə kollektiv təzyiq göstərməyə davam etməlidirlər.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti baş nazir Key Starmer ilə Donald Tramp arasında martın 30-u axşam baş tutan telefon danışığından sonra məlumat verib.
Bildirilir ki, Starmer bu yaxınlarda Parisdə keçirilən görüşdə Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazır olan ölkələrin daxil olması lazım olan “istəklilər koalisiyası”nın məhsuldar müzakirələri barədə Trampı məlumatlandırıb.