Bakı. Trend:
Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarınauçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişindaşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə Çinin Quancou və Hefeyşəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərinxidmətindən istifadə edə biləcək.
Qeyd edilir ki, uçuş fəaliyyəti sertifikatı alan uçanavtomobillər (eVTOL - elektrik mühərrikli şaquli qalxma və enişhəyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olandronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada(standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti)sertifikat əldə edən ilk eVOLT-udur. Onun maksimum yük götürməqabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti21 dəqiqədir. İstehsalçının rəyinə görə, taksi həmin müddətdə 35kilometr məsafə qət edə bilər.
Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib.Onlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikadaistifadə olunacaq.