Bakı. Trend:
Çox təəssüf ki, Almaniyanın dövlət televiziyası olan “DeutscheWelle”də belə sənədli filmi yayımlanıb. Əslində gözlənilən idi.Çünki hazırda Bakıda erməniəsilli şəxslərin məhkəmə prosesikeçirilir. Ermənistan dövləti bununla bağlı heç bir addım atabilmir və əslində atmaq fikrində də deyil. Bunu görən ermənidiasporu, xüsusən də Avropada, Fransadakı erməni diasporu müəyyənçaşqınlıq yaratmaq və rəsmi Bakıya təzyiq göstərmək məqsədilə məhzFransanın təşəbbüsü ilə belə sənədli filmi Almaniya televiziyasındayayımlayıb.
Bunu Trend-əaçıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqlarıİnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidovdeyib.
O bildirib ki, burada həm də Fransa və Almaniya əməkdaşlığıgörünür:
“Bu, ilk belə hal deyil. 2024-cü ilin yanvarında AŞPA-nın qışsessiyasında məhz Fransanın təşkilatçılığı ilə almaniyalı deputatFrank Şvabe Azərbaycana qarşı qətnamə qəbul edilməsinə nailolmuşdu. Görünən odur ki, Fransa-Almaniya əməkdaşlığı burada daözünü büruzə verir. Elə filmdə başdan ayağa Fransanın təbliğolunması, Fransanın Ermənistanın yeganə xilaskarı kimi təqdimedilməsi də təsadüfi deyil”.
Filmin məzmununa gəldikdə isə hüquq müdafiəçisi vurğulayıb ki,bu, peşəkarlıq, obyektivlik baxımından heç bir standarta uyğungəlməyən, tam qərəzli şəkildə birtərəfli və saxta məlumatlarladoldurulmuş açıq təbliğat, propaqanda nümunəsidir:
“Burada ilk növbədə tarixi faktlar saxtalaşdırılır, olmayanhadisələr reallıq kimi göstərilir, həqiqətlər ciddi şəkildə təhrifolunur, erməni narrativləri – onların min illər boyu CənubiQafqazda yaşayan xalq və ya dünyanın ilk xristian xalqları olması -var. Biz bilirik ki, bunlar ermənilərin illərdir, dünyaya təlqinetməyə çalışdığı uydurma narrativlərdir, yəni bunu heç bir dünyaölkəsi ciddi qəbul etmir. Ən yaxın tarixə qədər olan faktlarısaxtalaşdırırlar. İstər İosif Stalinin dövründə imzalanmışqərarları, istər ötən əsrin 88-ci illərdə baş verənləri.
Bununla yanaşı, azərbaycanlıların məruz qaldığı soyqırımı,məcburi deportasiya ilə bağlı bəzi kadrlar var. Azərbaycanlılaraməxsus o görüntüləri guya ermənilərin soyqırımı, deportasiyayaməruz qalması kimi qələmə verməyə çalışırlar. Bu ikiüzlülük, açıqsaxtakarlıq, iyrənclikdir. Eyni zamanda tam birtərəfli şəkildə,guya ermənilərin Qarabağdakı mübarizəsini azadlıq uğrunda mübarizəadlandırır, amma azərbaycanlıların öz evi, torpağı, ərazi bütövlüyüuğrunda mübarizəsini bir qəsd kimi qələmə verirlər. HeçErmənistanın dövlət televiziyasında belə film nümayişhazırlanmayıb, etdirilməyib. Yəni görün Almaniya televiziyası nəqədər qərəzli və sifarişli material ortaya qoyub”.
Əhməd Şahidov vurğulayıb ki, bu sırf erməni diasporunun, xüsusəndə revanşist güclərin sifarişi əsasında hazırlanan filmdir.
“Çünki bu gün Ermənistanla Azərbaycan arasında sülhmüqaviləsinin şərtlərinin razılaşdırıldığı məqamda erməni rəsmiləri- baş nazir, spiker, xarici işlər naziri - Azərbaycanın ərazibütövlüyünü qəbul etdikləri ilə bağlı, Qarabağın Azərbaycanınayrılmaz parçası olması ilə bağlı dedikləri açıqlamalar birtərəfdə, bu film bir tərəfdə. Bu filmdə erməni rəsmiləriaçıqlamalar vermirlər. Kimlər açıqlama verir? Separatçı SamvelBabayan - Azərbaycan xalqının qanına əlini bulamış terrorçu. RiçerdKrikasyan - daşnakçı, Los-Ancelesdə yaşayan ermənidir. Fransasəfiri və ya fransızlar. Bu sırf Fransadakı erməni diasporununsifarişi, istəyi və Fransanın təşkilatçılığı ilə, guya obyektivgörünmək məqsədilə Almaniya televiziyasında efirə verilən revanşistfilmdir.
Təbii ki, buna etiraz olunmalıdır. Bunu Fransa televiziyasıyaysaydı, hardasa qəbul etmək olardı. Fransa artıq Azərbaycanaqarşı hücumları illərdir ki, davam etdirir. Amma özünü demokratik,tolerant ölkə kimi qələmə verən Almaniya televiziyasında, özü dədövlət kanalında belə filmin yayımlanması Almaniyanın da özününobyektivlik şkalasına, imicinə ciddi zərbədir.
Təbii ki, Almaniya rəsmilərinə, ilk növbədə Almaniyanın Bakıdakısəfirliyinə rəsmi şəkildə etiraz məktubu ünvanlanmalıdır. Buradabirtərəfli, qərəzli məlumatların yer aldığı, tarixinsaxtalaşdırıldığı və revanşist intiqamçı fikirlərin təbliğolunduğu, revanşist, terroru dəstəkləyən, müharibəni dəstəkləyənşəxslərə imkan yaradıldığı, platforma verildiyi açıq şəkildəbildirilməlidir ki, Almaniya rəsmiləri bunun fərqinə varsınlar. Bufilm açıq təbliğat ruporudur, ciddiyə almağa dəyməz. Amma eynizamanda Azərbaycan tərəfindən ciddi şəkildə etiraz olunmalıdır,çünki ciddi ölkənin ciddi televiziyasında yayımlanıb”, - deyə oqeyd edib.