“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Fil Fodenin cari mövsümdəki uğursuz çıxışı haqda danışıb.
Msport.az xəbər verir ki, ispaniyalı çalışdırıcı problemləri bütün komandanın həll etməli olduğunu düşünür:
“Futbolçunun uzun karyerasında tənəzzül anları mütləq olacaq. Komandamız daha yaxşı çıxış etsəydi, Foden daha yaxşı oynaya bilərdi. Biz heç vaxt tək ona güvənmərik. Problemləri bütün komanda həll etməlidir. Bəzən insanlar deyirlər ki, mən oyunçular yetişdirirəm. Xeyr, onlar təkbaşına inkişaf edirlər, ortaq bir fikir üçün birlikdə oynayırlar. Foden hələ gəncdir. O, mütləq Avropa futboluna qayıdacaq”.
İngiltərəli yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda keçirdiyi son 14 matçda cəmi 1 məhsuldar ötürmə edib. O, dünən 69 dəqiqə meydanda keçirərək, “şəhərlilər”in ölkə kubokunun 1/4 finalında “Bornmut”u məğlub etməsinə kömək edib.
“Mançester Siti” “Bornmut”u 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.