Türkiyənin Rize şəhərində 4 ildir axtarışda olan şübhəlinin evində əməliyyat keçirilib.
Ölkə.Az xəbər verir ki, hadisə Rizənin Ardeşen rayonunun Kurtuluş kəndində baş verib.
Belə ki, 51 yaşlı kişi paltaryuyan maşının altından girdiyi uzun tuneldən qaçmağa çalışarkən yaxalanıb. Metrlərlə uzanan tunelin bir ucu meşəyə çıxdığı məlum olub.
Cinayətkarın qəsdən yaralama, təhqir, vəzifəsini yerinə yetirməkdən boyun qaçırma və hədələmə kimi cinayətlərdən axtarıldığı üzə çıxıb.
Cinayətkar şəxs tuneldə qaçarkən ələ keçirilib.
Billurə