Bakı. Trend:
Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlıqüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsiistiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcısilahlardan atəşə tutulub.
Trend xəbər verirki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələriniatəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuşaparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyatakeçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdıretmək məqsədilə dezinformasiyalar yayır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guyaXanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanınyaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır vədezinformasiya xarakteri daşıyır.
Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlaryaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa vətəxribatlarını gizlətməyə cəhd edir.