AZ

Qırğızıstan-Özbəkistan-Tacikistan Sazişi regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir - TDT-nin Baş katibi

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) bu gün Tacikistanın Xucəndşəhərində keçirilən Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlətbaşçılarının Üçtərəfli Zirvə görüşünün uğurla başa çatmasından, buölkələrin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında Sazişinimzalanmasından məmnunluğunu ifadə edir. Bu tarixi Zirvə görüşüregional əməkdaşlığın gücləndirilməsi, Mərkəzi Asiyada sabitliyinvə rifahın təşviq olunması baxımından mühüm dönüş nöqtəsininbaşlanğıcıdır.

Trend xəbər verirki, bu fikirlə TDT-nin Baş katibi Kubanıçbek ÖmüraliyevinQırğızıstan, Özbəkistan və Tacikistan dövlət başçılarının birinciÜçtərəfli Zirvə görüşünün nəticələrinə dair bəyanatında yeralıb.

Bəyanatda, həmçinin bildirilib ki, Qırğızıstan, Özbəkistan vəTacikistan respublikalarının dövlət sərhədlərinin birləşdiyiməkanda tarixi Sazişin imzalanması və orada rəmzi stelanın açılmasıliderlərin açıq dialoq və konstruktiv əməkdaşlıq mövzusunda nümayişetdirdikləri qətiyyətin rəmzidir. Bu addımlar mürəkkəb məsələlərindiplomatiya və qarşılıqlı anlaşma yolu ilə həlli baxımından mühümnümunədir.

Baş katib üç qardaş ölkənin regional tərəfdaşlığıdərinləşdirmək, ortaq sülh, təhlükəsizlik və iqtisadi inkişafıtəşviq etmək istiqamətində göstərdiyi bu əzmkarlığı yüksəkqiymətləndirib, TDT-nin Türk dövlətləri ilə qonşu ölkələr arasındabirliyi və əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləməkdəqətiyyətli olduğunu bir daha vurğulayıb.

Seçilən
131
6
az.trend.az

9Mənbələr