AZ

Yaya qədər fit olmaq istəyənlər OXUSUN: Bu pəhrizlə çəkiləriniz sürətlə gedəcək

Yaya qədər inadkar və getmək bilməyən artıq çəkilərdən qurtulmaq istəyənlər üçün ən effektiv pəhriz növü körpələr kimi qidalanmaqdır.

Bizim.Media xəbər verir ki, "qu-qu-qa-qa" adlandırılan bu məşhur pəhriz amerikalı diyetoloq, aşpaz Nikolette Peys tərəfindən hazırlanıb.

Yeni ana olan qadınlarla işləyərkən bu konsepsiyanı inkişaf etdirən Peys ilk qida qəbulunu yuxudan oyandıqdan 1-3 saat sonra yeməyi tövsiyə edir: "Səhər yeməyinə yumurta, pendir və ya qatıq kimi qatı protein mənbəyi, lifli karbohidrat, tam taxıl kimi qidalar daxil edilməlidir. Bir porsiya meyvə və ya tərəvəz əlavə etmək, günə balanslı bir başlanğıc üçün onu tamamlayır."
Həkim bildirib ki, üç-dörd saatdan sonra isə tərəvəz şorbası və ya salat yeyilməlidir: “Protein qəbulu lobya və taxılın vegan birləşməsindən və ya ətin əlavə edilməsindən gəlməlidir.

Doyurucu, nişastalı çörək və bir porsiya meyvə ilə sabit enerji səviyyəsini qoruyun”.

Günortadan sonra planlaşdırılmış az miqdarda qida qəbulu isə nahar və şam yeməyi arasındakı boşluğu doldurmağa kömək edəcək və sonradan həddindən artıq aclığın qarşısını alacaq: "Bu, meyvə və pendir, yüngül salat qəlyanaltısı və ya protein smuzi kimi kiçik, lakin doyurucu bir seçim ola bilər".

Proqrama əsasən şam yeməyi son qida qəbulundan təxminən dörd saat sonra olmalıdır. Bir və ya iki porsiya bişmiş tərəvəz və təzə salat ilə başlayın. Zülal üçün balıq, quş əti və ya qırmızı ət seçə bilərsiniz. Əti kartof, lobya və ya tam taxıl plovu kimi karbohidratlarla birləşdirin.

Yatmazdan iki-üç saat əvvəl qəlyanaltı yüngül, lakin doyurucu olmalıdır. Buraya südlü banan (badam, soya və ya yağsız inək südü) və ya fıstıq, badam və ya qoz yağı kimi lifli qidalar yeyə bilərsiniz.

Uşaqlar adətən 15-30 dəqiqə ərzində yemək yeyirlər. Diyetoloq da yemək üçün ən azı 15 dəqiqə vaxt verməyi və hər dişləməni yaxşıca çeynəməyi tövsiyə edir: “Əgər tez yeyirsinizsə, beyninizin doyduğunuzu tanıması daha çətindir və bu, həddindən artıq yeməyə səbəb ola bilər.

Həmçinin sürətli yemək də normal həzmi təşviq etmir və həzmsizlik, ürək yanması, şişkinlik və qaza səbəb olur.

Körpələr kimi, bədəninizin təbii aclıq siqnallarına qulaq asın. Emosional səbəblərə və ya cansıxıcılığa görə deyil, həqiqətən ac olduğunuz zaman yeyin. Özünüzü ac hiss etmirsinizsə, bir müddət başqa bir şeylə məşğul olmağa çalışın".

Bizim.Media

Seçilən
97
44
bizim.media

10Mənbələr