AZ

Doğma klubunu tərk edəcək

Tomas Müller yayda doğma klubunu tərk edəcək.
"Football-plus.az" xəbər verir ki, “Bavariya” rəhbərliyi təcrübəli futbolçu ilə müddəti mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməyəcək. 35 yaşlı yarımmüdafiəçi ilə aparılan danışıqlardan sonra belə qərara gəlinib.

Almaniya yığmasının sabiq üzvü olan Tomas “Bavariya”nın yetirməsidi. 2000-ci ildə Münhen klubunun akademiyasına qəbul edilən futbolçu 2009-cu ildən əsas komandada çıxış edir.

Müller “Bavariya”da indiyə qədər 741 matç keçirib, 247 qol vurub və 273 məhsuldar ötürmə edib.

Seçilən
92
football-plus.az

1Mənbələr