AZ

"Sabah" futbolçusuyla bağlı bəd xəbəri açıqladı

“Sabah”ın futbolçusu Amin Seydiyev bir neçə gün əvvəl əməliyyat olunub.

Müdafiəçi İstanbuldakı klinikaların birində sağ adduktor əzələsinin qopması ilə bağlı əməliyyat keçirib. Amin Seydiyevin bərpa müddəti nə qədər davam edəcək? Nə vaxt meydana çıxa biləcək? Bu sualları “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq:
“Həkimlərin ilkin rəyinə görə, təxminən iki-üç ay yaşıl meydandan kənarda qalacaq. Təbii ki, bu müddət futbolçunun bərpa prosesindən asılı olaraq dəyişə bilər”.

ƏSƏD SEYİDOV
Seçilən
125
football-plus.az

1Mənbələr