AZ

Tramp Rusiyanın Ukrayna ilə bağlı razılaşma əldə edəcəyinə inanır

ABŞ prezidenti Donald Tramp Moskvanın Ukrayna münaqişəsinin həlli ilə bağlı tələblərini yerinə yetirmədiyi təqdirdə Rusiya neftinin ixracına ikinci dərəcəli rüsumların tətbiq oluna biləcəyini açıqlayıb...

Poliqon TASS agentliyinə istinadən verir ki, Tramp bu barədə bazar ertəsi Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

"Əgər irəliləyiş əldə edə bilsək, buna dəyər. Əminəm ki, Rusiya Prezidenti Vladimir Putin prosesi sona qədər görəcək", deyə, Tramp görüləcək tədbirlərlə bağlı suala cavab verib.

Bununla belə, o, əlavə rüsumlar tətbiq etmək istəmədiyini, lakin Moskvanın razılaşmaya razı olmadığı təqdirdə bunu edəcəyini vurğulayıb.

Poliqon.info 

Seçilən
34
poliqon.info

1Mənbələr