AZ

Bu gün Beynəlxalq Gülüş Günüdür

İldə bir dəfə hamı özünü yalan danışmağa borclu hiss edir, ya da belə deyək, həmin gün yalan əsəbiləşdirmir və bir qayda olaraq, buna gülüb keçirik.

Bu gün 1 aprel-Ümumdünya gülüş günüdür.

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.

Bu günü Böyük Britaniyada "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar.

Publika.az bu günün tarixçəsi ilə bağlı qısa məlumatı təqdim edir:

Bu günün tarixçəsi ilə bağlı ən çox yayılmış versiyanın kökü qədim Romaya çıxır.

Hər şey isə qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

phrase_var_article.chosen
246
publika.az

1phrase_var_article.sources