
Baltik dənizinin dərinliklərində yosunların nəhəng klon ordusu yaradılıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, söhbət aşağı duzluluq şəraitinə mükəmməl uyğunlaşan və bu sularda geniş yayılmış vezikulyar fukus növündən gedir. Bu yosunlar suyun səthindən yüz metr dərinliyə qədər uzanan təsirli “sualtı meşələr” əmələ gətirir. Həmin “meşələr” xırda balıqlar, ilbizlər və müxtəlif xərçəngkimilər üçün yuva rolunu oynayır.
V. QULİYEV