AZ

"Ruslar bir tərəfə, qeyri-ruslar digər tərəfə”- Moskvada polis reyd keçirdi...

Moskvanın cənub-şərqində  polis əməkdaşları hərbi komissarlıq əməkdaşlarının iştirakı ilə fitnes-klubda çağırışçılara qarşı reyd keçirib.
 
Moderator.az "Meduza"ya istinadla xəbər verir ki, bu barədə Msk1.ru məlumat yayıb.
 
Nəşrin məlumatına görə, reyd martın 27-də axşam saatlarında metronun Maryino ərazisində, Lyublinskaya küçəsindəki "Mariel" ticarət mərkəzində yerləşən "Spirit Fitness" şəbəkə klublarından birində baş verib.
 
Fitnes-klubun müştərilərindən birinin jurnalistlərə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri gələnləri yerə üzüstə uzanmağa məcbur edib və insanlar təxminən 15 dəqiqə orada uzanıb. Sonra azyaşlıları və qadınları otaqdan çıxarıblar, qalan kişiləri isə etnik mənsubiyyətinə görə ayıraraq pasportlarını yoxlamağa başlayıblar.
 
"Burada "OMON" var. Bizi sadəcə yerə uzatdılar, üzümüz yerdə uzanmışdıq. Bir sözlə, bizi ayağa qaldırıb divar-divara böldülər. Orada qeyri-ruslar və  ruslar var idi. Bəziləri bir tərəfə, digərləri o biri tərəfə. "Nə baş verdiyini başa düşmürəm”, - deyən bir hadisə şahidi videoda qeyd edir.
Onun sözlərinə görə, bütün kişilər hərbi komissarlıq əməkdaşının yanıan göndərilib. O, onların pasport məlumatları və hərbi xidmət məlumatları yoxlayıb.

Yanlarında sənədləri olmayanlara isə potensial çağırışçı statusunun dəqiqləşdirilməsi üçün çağırış vərəqələri verilib.

“Spirit Fitness” fitness klublar şəbəkəsindəki mənbə reydlər barədə məlumatı təsdiqləyib.

"Mən bildiyimə görə, bu, təkcə bu fitnes-klubda deyil, başqa yerlərdə də olur. Ümumiyyətlə, təkcə fitnes klublarında deyil.  Hər halda aprel ayı gəlib. Və sonra çağırış...", - deyə Msk1.ru mənbəsi qeyd edib. 

Şəbəkə rəhbərliyi rəsmi şərh verməkdən imtina edib. 

2025-ci ilin əvvəlindən Rusiyada miqrantlara qarşı aksiyalar daha tez-tez həyata keçirilir. Basqınlardan sonra polis qeyri-qanuni miqrantları deportasiya edir, Rusiya vətəndaşlığını qəbul edənlərə isə hərbi komissarlığa çağırış vərəqələri verilir.

phrase_var_article.chosen
142
1
moderator.az

1phrase_var_article.sources