"Barselona"nın gənc futbolçusu Mark Kasado bu mövsümkü çıxışıyla bir çox klubun diqqətini çəkib.

Offsideplus.az xəbər verir ki, "Arsenal" və "Çelsi" onu yaxından izləyir. İngiltərə klubları 21 yaşlı yarımmüdafiəçi 35-40 milyon avro ödəməyə hazırdır.

Bu barədə "El Nacional" portalı məlumat yayıb.

Kasado cari mövsümdə 36 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. O, zədəsinə görə yaya qədər komandasına kömək edə bilməyəcək.