Ötən gün ABŞ prezidenti Donald Tramp Ukrayna liderinin faydalı qazıntıların hasilatı ilə bağlı Kiyevlə olan razılaşmanın pozulma ehtimalını şərh edib.
Herbiand.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbətində Ukrayna lideri Vladimir Zelenskinin sazişi pozmaq istəyi barədə jurnalistlərdən eşitdiyini bildirib:
“Mən hələ onlarla (Ukrayna – red.) danışmamışam, amma sizin vasitənizlə (jurnalistlər – red.) eşitdim ki, indi deyirlər: “Yaxşı, mən ancaq NATO-ya daxil olsaq, bu sövdələşməyə gedəcəm”. Yaxşı, birincisi, bu, heç vaxt müzakirə olunmayıb. Çox-çox əvvəl onlara deyilib ki, siz NATO-ya daxil olmayacaqsınız”.