AZ

İsrail  HƏMAS-ın bir kilometr uzunluğunda tunelini aşkar etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına məxsus bir kilometrlik tunelin məhv edildiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi əməliyyatlar çərçivəsində 252-ci diviziyanın komandanlığındakı “Yahvlom” bölməsi Qəzza zolağında HƏMAS terror təşkilatının bir kilometr uzunluğunda tunelini məhv edib”, – deyə məlumatda bildirilir.

İsrail ordusu da Qəzza zolağında 50-dən çox yaraqlının öldürüldüyünü bildirib.

İsrail təxminən iki aya yaxın davam edən atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Yüksək rütbəli İsrail rəsmiləri müharibənin bərpasının zəruriliyini Fələstinin Həmas hərəkatının atəşkəsin uzadılması və israilli girovların azad edilməsi ilə bağlı Amerika planını qəbul etməkdən imtina etməsi ilə izah ediblər. 

Fələstin tərəfi də öz növbəsində İsraili əvvəllər əldə edilmiş razılaşmalara əməl etməməkdə və müharibənin yekun dayandırılması və qoşunların çıxarılması ilə bağlı danışıqlardan imtina etməkdə ittiham edib.

Seçilən
103
veteninfo.az

1Mənbələr