AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrinigücləndirir. Mərkəzin təşkilatçılığı ilə baş tutmuş XII Qlobal BakıForumundan dərhal sonra Mərkəzin baş katibi Rövşən Muradovun və başməsləhətçi Rza Əliyevin Çinə səfəri baş tutub.

Trend xəbərverir ki, səfərin məqsədi Mərkəzin Çin ilə əməkdaşlığını daha damöhkəmləndirməsi, birgə layihələrin müzakirəsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq DiplomatiyasıAssosiasiyasının prezidenti Vu Haylonq, Xarici İşlər üzrə Çin Xalqİnstitutunun prezidenti Vanq Çao və vitse-prezidenti Yanq Tao vəŞanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Nurlan Yermekbayevvə Mərkəzin İdarə Heyəti üzvü, Tsinxua Universitetinin dekanı DevidPen ilə işgüzar görüşlər keçirib.

Bununla yanaşı, Rövşən Muradov və Rza Əliyev ölkədə səfərdə olanBanqladeşin Baş Naziri, Nobel mükafatçısı Muhammad Yunus,Özbəkistanın sabiq Xarici İşlər naziri Vladimir Norov, Rumıniyanınsabiq Baş naziri Petr Roman ilə də görüşüblər.

Qeyd edək ki, onlar həmçinin Nizami Gəncəvi BeynəlxalqMərkəzinin üzvləridir.

XII Qlobal Bakı Forumda iştirak etmiş rəsmilər Forumun uğurlakeçirilməsini yüksək qiymətləndirərək təbriklərini sunub, onunqlobal dialoq və əməkdaşlığın gücləndirilməsi baxımından mühümplatforma olduğunu vurğulayıblar.

Nümayəndə heyəti o cümlədən, Nizami Gəncəvi BeynəlxalqMərkəzinin Qlobal Dərnəyinin həmsədri Çau Çak Vinq ilə də görüşkeçirib.

Qeyd edək ki, Vinq XII Qlobal Bakı Forumunda video mesajı iləçıxış etmişdi.

Nizami
Nizami
Nizami
Nizami
Nizami
Nizami
Seçilən
82
1
az.trend.az

2Mənbələr