ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada müvəqqəti idarəetmənin yaradılması təklifini “qiymətləndirməyib”.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus brifinq zamanı bildirib. “Hesab edirəm ki, hamıya xatırlatmağa ehtiyac görmürəm, lakin bu, yaxşı xatırlatmadır: Ukrayna konstitusion demokratiyadır. Ukrayna hökumətini onun konstitusiyası və Ukrayna xalqı müəyyən edir.
Biz bu prinsipə sadiqik”, – o deyib.
Müharibənin başa çatmasından danışan sözçü xatırladıb ki, prioritet atəşi və qırğınları dayandırmaqdır. Bryusun sözlərinə görə, Vaşinqton başa düşür ki, danışıqlar Rusiya və Ukraynadan sərt qərarlar və kompromislər tələb edəcək: “Biz tam atəşkəsə nail olmalıyıq və tərəfləri yekun və davamlı nizamlanma üçün danışıqlar masasına oturtmalıyıq.
Prezident Tramp açıq şəkildə bəyan edib ki, Rusiya və Ukrayna tam atəşkəsə keçməlidir. İndi bunların heç biri dəyişməyib”.
//Samir Qurbanov, Editor.az