Amerika Peşəkar Futbol Liqası (MLS) "İnter Mayami"nin ulduz hücumçusu Lionel Messinin mühafizəçisi Yasin Çeukonun matçlar zamanı meydançaya qaçmasını qadağan edib. Bu barədə Bolavip xəbər yayıb.
"Mən yeddi il Avropada, Liqa 1-də və Çempionlar Liqası zamanı işlədim. Bu müddət ərzində meydançaya cəmi 6 nəfər daxil oldum. ABŞ-da cəmi 20 ay ərzində 16 cəhd olub. Mən heç kimdən yaxşı deyiləm, amma Avropada təcrübəm var. Bununla belə MLS-in qərarını anlayışla qarşılayıram", - Çeuko bildirib.
Məlumata görə məlum qadağa hər matçda təhlükəsizliyin yüksək səviyyədə olması ilə bağlıdır. Messinin cangüdəni əvvəllər azarkeşlərin meydançaya qaçmaq cəhdindən sonra tez-tez diqqət mərkəzində olurdu. O, azarkeşlərdən qabaq özünü Messiyə çatdırır. O dünaynın ən məşhur mühafizəçilərindən sayılır.
Tural