Bakı. Trend:
Həcc ziyarətinə getmək istəyənlər üçün kvota 90 faiz dolub.
Bunu Trend-in sualına cavab olaraq QafqazMüsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həccelektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O qeyd edib ki, hazırda Həcc ziyarətinə sənəd qəbulu davamedir.
"Həcc ziyarətinə sənəd qəbulunun müddəti yarım ay uzadılıb.
Hazırda kvota 90% dolub. Bu il kvota sayı 1200-1300 arasımüəyyənləşdirilib", - deyə o qeyd edib.
Qeyd edək ki, əvvəl sənəd qəbulunun aprelin əvvəlinə qədər davamedəcəyi bildirilirdi.