
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər hansısa yolla üçüncü müddətə namizədliyini irəli sürməyə icazə verilərsə, keçmiş prezident Barak Obamanı rəqibi kimi görmək istəyir.
Reyting.az xəbər verir ki, bunu prezident Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə veriləcəyi təqdirdə demokratların namizədi kimi Barak Obamanın rəqibi olmasına üstünlük verəcəyini söyləyib: “Bunu çox istərdim. Bu, yaxşı olardı. İndi də insanlar məndən namizəd olmağımı xahiş edirlər”.
Tramp üçüncü müddətə namizəd olmaq üçün “heç bir araşdırma aparmadığını” deyib və əlavə edib: “Bunu edə biləcəyiniz bir yol olduğunu deyirlər”.
ELÇİN