AZ

Mask konqresmenlərin necə zənginləşdiyini araşdırır

Vətəninfo.az xəbər  verir ki, Amerikalı milyarder İlon Mask Kapitoli təpəsindəki qanunvericilərin hökumətin nisbətən təvazökar maaşlarına baxmayaraq necə bu qədər zəngin olduqlarını öyrənmək istəyir.

Viskonsin ştatında bir şəhər yığıncağında danışan Mask Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) komandasının son bir neçə ildə qəribə şəkildə zənginləşmiş bir neçə Konqres üzvlərini araşdıracağını söyləyib.

İclas iştirakçılarından biri Maskdan DOGE-nin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) Rep Maksin Uotersə, senator Adam Şiffə və Senatda azlıqların lideri Çak Şumerə vəsait köçürülməsinə dair dəlil tapıb-tapmadığını soruşub.

“Onlar [hökumət] bir QHT-yə xaricə pul göndərəcək, sonra o, bir sıra digər QHT-lərdən keçəcək və mən əminəm ki, bu pulların bir hissəsi ABŞ-a qayıdacaq və bayaq dediyiniz insanların cibinə düşəcək”, – Mask cavab verib. – Amma bu, dolayı yoldur. Bu, birbaşa ödənilmir, amma deyək ki, Konqresdə çoxlu qəribə zəngin üzvlər var və mən nöqtələri birləşdirib onların necə bu qədər varlandığını anlamağa çalışıram”. “İllik maaşları 200.000 dollar olduğu halda, onlar 20 milyon dolları necə əldə edirlər? – Mask düşünür. “Biz bunu anlamağa çalışacağıq və əlbəttə ki, dayandıracağıq”.

Seçilən
39
50
veteninfo.az

10Mənbələr