AZ

Təyyarədə sərnişin qapını açmağa çalışdı

İndoneziyanın Bali şəhərindən Avstraliyanın Melburn şəhərinə uçan sərnişin təyyarəsi uçuş zamanı bir sərnişinin qapını açmağa cəhd etməsindən sonra geri dönmək məcburiyyətində qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Aviaşirkətin açıqlamasında bildirilir ki, martın 31-i gecə saatlarında baş verən insidentdə təyyarədə olan bir sərnişin Hind okeanı üzərində təyyarənin qapısını zorla açmağa cəhd edib və ekipaj üzvlərinə qarşı aqressiv davranıb.

Uçuş heyəti vəziyyətə tez reaksiya verib və pilot təhlükəsizlik səbəbiylə Baliyə qayıtmaq qərarına gəlib. 

Eniş etdikdən sonra sərnişin yerli təhlükəsizlik qüvvələri tərəfindən təyyarədən çıxarılıb.

Seçilən
105
2
operativmm.az

4Mənbələr