AZ

Hakimlərin yaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

Seçilən
63
7
qafqazinfo.az

10Mənbələr