AZ

Ölkəmizi Serbiyada 192 idmançı təmsil edəcək

Aprelin 4-14-ü aralığında Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunlarında Azərbaycanın təmsil olunacağı növlər açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölkəmiz bu oyunlarda 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 192 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, turnirin açılışı aprelin 5-də, bağlanış mərasimi isə aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.

AMADA rəsmisi ölkəmizi beynəlxalq tədbirdə təmsil edib

Üçqat Paralimpiya çempionu yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb

Polad Rzayev Avstriyada beynəlxalq turnirində çıxış edəcək

“İdman həftəsi” çərçivəsində keçirilən bilyard çempionatı başa çatıb

MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib

phrase_var_article.chosen
108
6
apasport.az

7phrase_var_article.sources