AZ

"Milan" aparıcı futbolçusunu sata bilər

"Milan"ın müdafiəçisi Teo Hernandez bu yay klubunu dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər hələ də müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

"Milan"ın bu mövsümün sonuna qədər yeni müqavilə imzalamaması halında futbolçunu satacağı bildirilir.

27 yaşlı fransalı bu mövsüm 40 matçda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Hernandezin "Milan"la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

"Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
21
operativmm.az

1Mənbələr