AZ

İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

İsrail ordusu Qəzzada daha bir fələstlinli jurnalist Məhəmməd Saleh əl-Bərdəvilini öldürüb.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, İsrail hərbçiləri Xan Yunusda Məhəmməd Saleh əl-Bərdəvilin yaşadığı evə hava zərbəsi endirməsi nəticəsində həyat yoldaşı və üç uşağı da həlak olub.

Bildirilib ki, öldürülən jurnalist Fələstinin “Wafa” xəbər agentliyini müxbiridir.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bu yana İsrail ordusu tərəfindən 200-dən çox jurnalist və media işçisi öldürülüb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
87
missiya.az

1Mənbələr