AZ

Zelenski: Kreml Qərbin müharibəni dayandırmaq cəhdlərini ələ salır

Kreml Qərbin Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibəni dayandırmaq cəhdlərini “açıq şəkildə ələ salır”. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Moskva indi tərəfdaşlarının sülh gündəmini irəlilətmək cəhdlərini açıq şəkildə ələ salır – davamlı yeni dron zərbələri, davamlı amansız atəşlər. “Bu, yalnız təzyiqlə dayandırılmalıdır və Rusiya sülh bağlamağa məcbur edilməlidir”, – Zelenski qeyd edib.

“Avropa bu müharibənin mənəvi nəticələrini unutmayacaq”, – deyən Zelenski Rusiyanı cəzasız qalmamağa çağırıb.

“Onların Buçada, Mariupolda, digər şəhər və kəndlərimizdə etdiklərini normallaşdırmaq sadəcə mümkün deyil. Biz çalışacağıq ki, Rusiyanın müharibəyə görə məsuliyyəti əhəmiyyətli olsun və qalsın”, – Ukrayna prezidenti vurğulayıb.

Seçilən
52
veteninfo.az

1Mənbələr