Ölkəmizin 19 yaşadək futzalçılardan ibarət yığması Avropa çempionatının əsas mərhələsində çıxışını başa vurub. İlqar Aslanovun çalışdırdığı komanda yalnız Xorvatiya ilə heç-heçə (3:3) edib, Bosniya və Hersoqovinaya 2:10, Türkiyəyə 1:3 uduzmaqla qrup sonuncusu olub. Daha yaxşı nəticəyə nail olmaq mümkün idi? Bu sualı Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqova ünvanladıq:
“Məncə, komanda üzvlərində böyük həyəcan var idi. Bu da özünü ilk oyunda göstərdi. Komandamızda bir az da təcrübəsizlik özünü büruzə verdi. Ən azı 2-ci yeri tutmaq olardı. Güman edirəm ki, məşqçilər heyəti səhvləri təhlil edib üzərində işləyəcəklər”.
ƏSƏD SEYİDOV