Günəşdə güclü parlama hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Tətbiqi Geofizika İnstitutunun açıqlamasına görə, günəşdə 16 dəqiqə davam edən M5.6 alov qeydə alınıb.
Qeyd olunur ki, alimlər günəş aktivliyinin sistemli artımını müşahidə edirlər və ən güclü partlayış silsiləsi günəş ləkələri qrupunda qeydə alınıb. Günəş alovları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə (A, B, C, M və X) bölünür.
Minimum A0.0 sinfi Yer orbitində 1 kvadrat metrə 10 nVt olan radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Məşəllər adətən günəş plazmasının emissiyaları ilə müşayiət olunur. Onların şüaları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az