Manset.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, İsrail ordusu fələstinli jurnalist Məhəmməd Salih əl-Bərdevilin evini hədəfə alıb.
Fələstinli jurnalist Berdevil, həyat yoldaşı və üç uşağı hücumda həyatını itirib. İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 209-a yüksəlib. Xəstəxana mənbələrindən verilən açıqlamaya görə, İsrailin Qəzza şəhərinə əvvəlki hücumunda yaralanan bir fələstinli uşaq da həyatını itirib.
İsrail ordusu Qəzza şəhəri və Cibaliyyənin şərqinə də intensiv hücumlar təşkil edib.