AZ

Bu saziş Türk Dövləti Təşkilatı daxilində birliyin və qarşılıqlı əməkdaşlığın yaranmasında mühüm rol oynayır-ŞƏRH

“Orta Asiyanın Özbəkistan, Qırğızıstan və Tacikistan kimi üç ölkəsinin imzaladığı sərhədlərinin birləşməsi qovşağı haqqında saziş ilk növbədə bütün dünyaya verilmiş mesaj oldu”.

Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, bu ölkələrin coğrafi yerləşməsinə nəzər saldıqda görünür ki, həm Çinlə sərhəd, həm də tranzit yollarının üstündə yerləşməsi baxımından əhəmiyyətli mövqedədirlər:

“İmzalanmış saziş də bu məqsəd daşıyır ki, bütün dünya görsün ki, bu ölkələr arasında heç bir sərhəd problemi yoxdur və onlar Çindən gələn malların daşınması üçün ən müsait marşrutdur. Xatırladım ki, Qırğızıstan və Tacikistan yaxın müddətdə öz aralarında olan bütün sərhəd problemlərini ləğv edib saziş imzalamışdılar. Bununla da aralarında olan sərhəd məsələsini həll etmişdilər. Bunda Qırğızıstanın əməyi böyük olmuşdu.

İmzalanmış saziş eyni zamanda ölkələrin təhlükəsizliyinin qorunması baxımından da önəmlidir. Bu, həm üç ölkənin birlikdə, həm də maraqlı ölkələrin qarantorluğunda öz təhlükəsizliklərini təmin etmək üçün mühüm addımdır. İmzalanmış sazişin ən əhəmiyyətli xüsusiyyəti Türk Dövləti Təşkilatı daxilində birliyin və qarşılıqlı əməkdaşlığın yaranmasında mühüm rol oynamasıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
45
editor.az

1Mənbələr