"Milan"ın müdafiəçisi Teo Hernandez yayda komandanı tərk edə bilər.
"Milan"ın sol cinah müdafiəçisi Teo Hernandez yay transfer pəncərəsində komandanı tərk edə bilər.
Operativ Media xəbər verir ki, bu haqda insayder Nikola Skira məlumat yayıb.
Mənbə iddia edir ki, “rossoneri” yeni müqavilə imzalamasa, futbolçunu satmaq niyyətindədir. 27 yaşlı Hernandezin hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub, lakin tərəflər hələ də onun uzadılması ilə bağlı razılığa gələ bilməyib.
Bu mövsüm Hernandez bütün turnirlərdə 35 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.