Bakı, 1 aprel, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha səkkiz qarşılaşma təşkil olunub.
“Los-Anceles Leykers” doğma meydanda “Hyuston Rokets”i 104:98 hesabı ilə məğlub edib. Kaliforniya klubunun heyətində Luka Donçiç, Dorian Finni-Smit və Qeyb Vinsent hərəyə 20 xal toplayıb. Təcrübəli amerikalı basketbolçu Lebron Ceyms isə 16 xalla yadda qalıb. Qonaqlarda Amen Tompson 20 xalla fərqlənib, Cabari Smit 15 xal və 11 ribaundla dabl-dabla imza atıb.
Bu nəticədən sonra “Hyuston Rokets” Qərb Konfransının turnir cədvəlində ikinci, “Los-Anceles Leykers” isə dördüncü pillədə qərarlaşıb.
Matçların nəticələri
"İndiana Peysers" - "Sakramento” – 111:109
“Vaşinqton Vizard” - “Mayami Hit” – 94:120
"Memfis Qrizzlis" - "Boston Seltiks" – 103:117
"Dallas" - “Bruklin Nets” – 109:113
“Şarlot Hornets” - “Yuta Caz” – 110:106
“Orlando Mecik” - “Los-Anceles Klippers” – 87:96
“Oklahoma-Siti Tander” - “Çikaqo Bullz” – 145:117
“Los-Anceles Leykers” - “Hyuston Rokets” – 104:98.